Biznesiniz üçün müasir veb saytların hazırlanması

Korporativ sayt, onlayn mağaza, mobil tətbiq və CRM sistemi. Qiymətlərimiz Bakıda ən sərfəlilərdəndir, keyfiyyətdən isə güzəştə getmirik. 2022-ci ildən 70 müştəri üçün 120-dən çox layihə təhvil vermişik.

  • Domen adı 1 il hədiyyə
  • Hostinq 1 il hədiyyə
  • SSL sertifikatı 1 il hədiyyə
  • Korporativ e-poçt pulsuz
  • SEO optimizasiyası hədiyyə

30% ilkin ödəniş, qalanı 3–6 aya faizsiz və komissiyasız bölünür

  • 2022 ildən işləyirik
  • 120+ tamamlanmış layihə
  • 70 müştəri
  • 15 nəfərlik komanda
  • 6 ölkədən müştəri

Bizim təklifimiz

  • Veb saytlar

    Korporativ sayt, landinq səhifəsi və portfel saytı. Landinqi 3–7 iş gününə, korporativ saytı 2–4 həftəyə təhvil veririk.

  • Onlayn mağazalar

    Məhsul kataloqu, səbət və sifariş forması olan mağazalar. Məhsulları admin paneldən özünüz əlavə edirsiniz.

  • Mobil tətbiqlər

    Android və iOS üçün tətbiqlər.

  • CRM və ERP sistemləri

    Müştəri, sifariş və anbar uçotu üçün biznesinizin iş qaydasına uyğun yazılan sistemlər. Qiymət 1 500 AZN-dən başlayır.

  • SEO

    Saytın Google axtarışında yuxarı çıxması üçün texniki işlər və məzmun. Aylıq paketdə razılaşdırılmış sorğular üzrə 6 ayda Google-da ilk 10 nəticəyə zəmanət veririk.

  • Texniki dəstək

    Sayt bizim serverimizdə qaldığı müddətcə texniki dəstək pulsuzdur və 24/7, ilin 365 günü işləyir.

Bütün xidmətlər

Saytınızın qiymətini hesablayın

Növü seçin və lazım olan funksiyaları qeyd edin. Qiymət, müddət və aylıq ödəniş dərhal görünür.

Saytın növü
Funksiyalar
Təxmini qiymət 800–2 000 AZN

Təxmini qiymət

800–2 000 AZN

2–4 həftə

Hissə-hissə, faizsiz

İlkin ödəniş, 30%
240–600 AZN
Qalanı 3 aya
ayda 186–466 AZN
və ya 6 aya
ayda 93–233 AZN

Aylıq ödənişi aşağı yuvarlaqlaşdırırıq, qalan bir neçə manat son aya düşür. Cəmi saytın qiymətinə bərabərdir.

İlk il pulsuz: domen, hostinq, SSL və korporativ e-poçt. 2-ci ildən hostinq və .az domen üçün ildə 170 AZN.

Rəqəmlər təxminidir. Dəqiq qiyməti tapşırığa baxıb deyirik, qiymət təklifi pulsuzdur.

Necə işləyirik

  1. Zəng edirsiniz

    Biznesinizi və saytdan nə gözlədiyinizi soruşuruq. Qiymət təklifi pulsuzdur.

  2. Materialları göndərirsiniz

    Loqo, mətnlər, şəkillər və saytın əsas məqsədi sizdən.

  3. Saytı qururuq

    Landinq 3–7 iş günü, vizit-kart sayt 7–10 iş günü, korporativ sayt 2–4 həftə, standart onlayn mağaza təxminən 1 ay çəkir. Portal və CRM 1–2 ay və daha çox vaxt aparır, onları mərhələlərlə təhvil veririk.

  4. Admin paneli təhvil alırsınız

    Məhsulu, mətni və şəkli özünüz dəyişirsiniz.

  5. Pulsuz dəstək veririk

    Sayt bizim serverimizdə qaldığı müddətcə texniki dəstək pulsuzdur (24/7).

Nəyə zəmanət veririk

  • Vaxtında təhvil

    Saytı razılaşdığımız müddətdə təhvil veririk, çox vaxt daha tez.

  • Keyfiyyətə zəmanət

    Gördüyümüz bütün işə zəmanət veririk. Dizaynı və kodu sizin biznesiniz üçün hazırlayırıq, hazır şablonu rəngləyib vermirik.

  • 6 ayda Google-da top-10

    Aylıq SEO paketində razılaşdırılmış əsas sorğular üzrə 6 ay ərzində Google-da ilk 10 nəticəyə zəmanət veririk. Öz saytımız «veb sayt hazırlanması» sorğusunda Google-da ilk 10-dadır.

  • Sizə rahat olan sənədlər

    Müqavilə, təhvil-qəbul aktı və e-qaimə ilə işləyirik. Rəsmi sənəd lazım deyilsə, sadə razılaşma da kifayətdir.

  • Domen, girişlər və kod sizdədir

    Domen sizin adınıza qeydiyyatdan keçir. Təhvil zamanı bütün girişləri və saytın mənbə kodunu veririk.

  • Pulsuz dəstək və ehtiyat nüsxələr

    Sayt bizim serverimizdə qaldığı müddətcə dəstək pulsuzdur, səhvləri də pulsuz düzəldirik. Saytın ehtiyat nüsxələrini müntəzəm çıxarırıq.

Haqqımızda ətraflı

Müştərilərimiz nə deyir

  • Shaftali.az komandası ilə işləmək inanılmaz idi! Onlar bizim üçün veb saytı çox qısa zamanda yüksək səviyyədə yaratdılar.

    Rövşən Məmmədov Rövşən Məmmədov
  • Saytımızın istifadəçi təcrübəsi heyrətamiz dərəcədə yaxşılaşdırıldı və biznesimiz daha çox müştəri qazandı. Onlar tamamilə peşəkardır və işlərini vaxtında təhvil verdilər.

    Ilkin Gurbanov Ilkin Gurbanov

Tez-tez soruşulan suallar

Veb sayt hazırlamaq nə qədər vaxt aparır?

Landinq 3–7 iş günü, vizit-kart sayt 7–10 iş günü, korporativ sayt 2–4 həftə çəkir. Standart onlayn mağaza təxminən 1 ay, tam funksiyalı mağaza 2 aya qədər vaxt aparır. Portal, CRM və fərdi sistemlər 1–2 ay və daha çox çəkir, onları mərhələlərlə təhvil veririk. Razılaşdığımız müddətdən gecikmirik, çox vaxt daha tez bitiririk.

Veb sayt hazırlamaq neçəyə başa gəlir?

Landinq səhifə 300–600 AZN, vizit-kart sayt 400–800 AZN, korporativ sayt 800–2 000 AZN, onlayn mağaza 1 500–7 000 AZN. Portal, CRM və fərdi sistemlər 1 500 AZN-dən başlayır. Məbləğin 30%-ni əvvəlcədən ödəyirsiniz, qalanını 3–6 aya faizsiz və komissiyasız bölmək olar.

Qiymətiniz niyə sərfəlidir, keyfiyyət necə olur?

Bakıda qiymətini açıq yazan studiyalarda korporativ saytın başlanğıc qiyməti orta hesabla təxminən 1 200 AZN-dir, bizdə 800 AZN-dən başlayır. Onlayn mağaza bizdə 1 500 AZN-dəndir, açıq yazılan qiymətlər arasında bu, ən aşağı başlanğıcdır. Keyfiyyət buna görə aşağı düşmür: hər saytın dizaynını və kodunu biznesiniz üçün hazırlayırıq, hazır şablonu rəngləyib vermirik. Öz saytımız Google Lighthouse yoxlamasında SEO üzrə 100, sürət üzrə telefonda 95, kompüterdə 98 bal alır.

Ödənişi hissə-hissə etmək olar?

Bəli. Məbləğin 30%-ni işə başlayanda ödəyirsiniz, qalanını 3–6 aya bölürük. Faiz və komissiya yoxdur.

Hansı sənədlərlə işləyirsiniz?

Müqavilə, təhvil-qəbul aktı və e-qaimə ilə işləyirik. Rəsmi sənəd lazım deyilsə, sadə razılaşma ilə də başlamaq olar. Hansı sizə rahatdırsa, elə edirik.

Google-da yuxarı çıxmağa zəmanət verirsiniz?

Aylıq SEO paketində bəli: razılaşdırdığımız əsas sorğular üzrə 6 ay ərzində Google-da ilk 10 nəticəyə zəmanət veririk. Öz saytımız Search Console-a görə son 12 ayda «veb sayt hazırlanması» sorğusunda orta hesabla 6,8-ci mövqedədir. Hazırladığımız hər saytda əsas SEO quruluşu qiymətə daxildir.

Domen və hostinq qiymətə daxildirmi?

Bəli, domen, hostinq və SSL sertifikatını ilk il üçün hədiyyə edirik. Korporativ e-poçt pulsuz qurulur, əsas SEO optimizasiyası isə hər sayta daxildir. İkinci ildən hostinq ildə 150 AZN, .az domeni ildə 20 AZN, .com domeni ildə təxminən 15–20 AZN-dir.

Veb saytım üçün texniki dəstək alacağammı?

Bəli. Sayt bizim serverimizdə qaldığı müddətcə texniki dəstək pulsuzdur, 24/7, ilin 365 günü işləyir. Üzə çıxan səhvləri də pulsuz düzəldirik.

Sayt üçün hansı məlumatları təqdim etməliyəm?

Biznesiniz haqqında məlumat, loqo, mətnlər, şəkillər və saytın əsas məqsədi lazımdır. Mətnləri hazırlamağa da kömək edirik.

Saytımdakı məlumatları özüm yeniləyə bilərəmmi?

Bəli. Hər sayta admin panel veririk, məhsulu, mətni və şəkli özünüz dəyişirsiniz.

Saytlarınızı hansı texnologiyalarla hazırlayırsınız?

Texnologiyanı layihə müəyyən edir. PHP (Laravel), Node.js, C# (.NET) və Java ilə işləyirik, interfeysləri JavaScript, TypeScript və React ilə qururuq. Müştərinin istəyi və büdcə də nəzərə alınır, amma əsas meyar layihənin tələbləridir.

Saytımın təhlükəsizliyi necə təmin edilir?

Sayt SSL ilə, qorunan HTTPS bağlantısı ilə işləyir, təhvildən əvvəl zəifliklərə görə yoxlanılır, ehtiyat nüsxələri müntəzəm çıxarılır. Domen, bütün girişlər və mənbə kodu sizdə qalır.

Sorğu göndərin

Adınızı və nömrənizi yazın, özümüz zəng edək.

Nə lazımdır?